Pleyeri seçin:

Ermənistanda parlament seçkilərinin ilkin nəticələri | Paşinyan qələbəsini elan etdi - Baku TV

08 iyun 2026 364 baxış

Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 50,31 faizi hesablanıb.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası bülletenlərin 50,31%-i emal edildikdən sonra 51,03% səs toplayıb.

İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku səslərin 23,18%-ni, keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,51%-ni və "Çiçəklənən Ermənistan" partiyası 4,18%-ni toplayıb. Seçici fəallığı isə 58,97% təşkil edib.

Bu arada, Paşinyan rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının parlament seçkilərində qələbə qazandığını bildirib.

Seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra Ermənistanın Baş naziri İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bir daha təsdiqləyən müraciətlə çıxış edib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin Türkiyə və Azərbaycanla bağlı mövqeyi dəyişməz olaraq qalır: "Ermənistan xalqı sülh, regional rifah və regional əməkdaşlığa tərəfdardır. Ümid edirəm ki, bu, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq".

Baş nazirin sözlərinə görə, Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional səviyyədə möhkəmləndirilməsidir.

Azərbaycanla münasibətlərdən danışan Paşinyan xatırladıb ki, tərəflər artıq sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəliblər və indi onu imzalamağa keçməlidirlər: "Azərbaycana gəldikdə, bilirsiniz ki, bizim əvvəlcədən razılaşdırılmış sülh müqaviləmiz var. Biz onu imzalamalıyıq".

Paşinyan Ermənistan-Türkiyə münasibətlərinə də toxunub. O qeyd edib ki, İrəvan normallaşma prosesində və iki ölkə arasında dövlət sərhədinin açılmasında daha da irəliləyiş gözləyir.

Almaniyanın hərbi imkanlarını genişləndirməsi müzakirələrə səbəb oldu - Baku TV CANLI

Almaniyanın hərbi imkanlarını genişləndirməsi müzakirələrə səbəb oldu - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 364 baxış
Macarıstanda elektrik stansiyasının gücü azaldılıb

Macarıstanda elektrik stansiyasının gücü azaldılıb

Dünya
20 sentyabr 2026 364 baxış
İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?

İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?

Dünya
20 sentyabr 2026 364 baxış
Duqindən Putinlə bağlı sensasiyalı açıqlama

Duqindən Putinlə bağlı sensasiyalı açıqlama

Dünya
20 sentyabr 2026 364 baxış
Baş nazir iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Baş nazir iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Dünya
20 sentyabr 2026 364 baxış
Vaşinqtondan Ukrayna mesajı

Vaşinqtondan Ukrayna mesajı

Dünya
20 sentyabr 2026 364 baxış
ABŞ vətəndaşlarına Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

ABŞ vətəndaşlarına Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

Dünya
20 sentyabr 2026 364 baxış
ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb

ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb

Dünya
20 sentyabr 2026 364 baxış
Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI

Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 364 baxış
Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 364 baxış
Seçilmişlər
icon