Pleyeri seçin:

Ermənistanda qadınlar qətlə yetirildi, cinsi azlıqlara təzyiq edildi

15 yanvar 2024 336 baxış

Ermənistanda polisin fəaliyyəti, o cümlədən söz azadlığı, qadınların, fiziki imkanları məhdud şəxslərin və cinsi azlıqların hüquqları sahəsində bir sıra problemlər var.

Bu barədə "Human Rights Watch" təşkilatının yanvarın 14-də yaydığı hesabatda bildirilib.

Bildirilib ki, Ermənistanda hüquq-mühafizə orqanlarının sui-istifadələrinə görə effektiv cavabdehliyin olmaması davam edən problemdir. Hesabata görə, Ermənistanda diffamasiya dekriminallaşdırılsa da, jurnalistlər və media siyasətçilərin və özəl şirkətlərin hədəfinə çevrilməkdə davam edir. Onlar medianı hüquqi mübarizəyə sürükləyir, ağır maliyyə cərimələri ilə hədələyirlər.

Nəşr həmçinin Ermənistan parlamentinin qəbul etdiyi qanunvericiliyə düzəlişi xatırladır ki, bu da dövlət qurumlarına sorğuları rədd etmək üçün əlavə imkan verir. Hesabatda Ermənistandakı LGBT icmasının nümayəndələrinin ayrı-seçkilik, təqib və zorakılıqla üzləşdiyi vurğulanıb.

Hesabatda əlilliyi olan şəxslərin hüquqlarından danışarkən vurğulanır ki, ölkədə psixo-sosial və əqli qüsurlu insanlar üçün hərtərəfli ictimai xidmət proqramları yoxdur.

Məişət zorakılığına gəlincə isə hesabatda ötən ilin birinci yarısında qeydə alınan məişət zorakılığı şikayətlərinin 2022-ci ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artdığı qeyd edilir. 144 nəfərə qarşı ittiham irəli sürülüb.

2022-ci ilin sentyabrından 2023-cü ilin sentyabrına qədər ən azı 12 qadın öldürülüb. Hesabatda xatırladılır ki, Ermənistanda məişət zorakılığı qurbanları üçün cəmi iki sığınacaq var ki, onlar birlikdə 24 qadın və onların uşaqlarına sığınacaq verə bilər.

Təşkilat Qadın Hüquqlarını Müdafiə Mərkəzinə istinadən bildirir ki, sığınacaqlar daim izdihamla doludur və qadınların müdafiəsi səmərəsiz olaraq qalır.

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 336 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 336 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 336 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 336 baxış
Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 336 baxış
Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 336 baxış
ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

Dünya
21 sentyabr 2026 336 baxış
Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Dünya
21 sentyabr 2026 336 baxış
Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Dünya
21 sentyabr 2026 336 baxış
Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Dünya
21 sentyabr 2026 336 baxış
Seçilmişlər
icon