Ermənistanda qalmaqal | Məhz bu şəxsə görə ABŞ-dən nə tələb etdilər?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan hakimiyyəti keçmiş müdafiə naziri Vigen Sarkisyanın Massaçusets ştatındakı 2 milyon 50 min dollar dəyərində malikanəsinə həbs qoyulması üçün ABŞ-yə müraciət edib.
Bu barədə Ermənistan mediasında xəbər yayılıb.
Bildirilib ki, məlumatı prokuror Saşik Avetisyan yayıb.
Onun sözlərinə görə, məlum məsələ ilə bağlı ABŞ-nin səlahiyyətli orqanlarına rəsmi müraciət də ünvanlandırılıb.
Bundan əlavə, sözügedən sabiq nazirin Abovyan küçəsində və İrəvanın Şimal prospektində yerləşən 4 əmlakına artıq həbs qoyulub.
Xatırladaq ki, Vigen Sarkisyan qiyabi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və bununla da dövlətə külli miqdarda ziyan vurmaqda ittiham olunur. O, Ermənistanda axtarışa verilib və ilkin məlumatlara görə, hazırda ABŞ-də yaşayır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
