Dünya
Pleyeri seçin:
Ermənistandan KTMT-yə qarşı növbəti etiraz | Təşkilatdan çıxmaq planları isə...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin Baş Assambleyası çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşünü boykot edib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edək ki, iyunun 21-də Qazaxıstanın paytaxtı Almatıda keçirilən təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında da Ermənistan təmsilçisi iştirak etməyib. 2024-cü ilin fevralında Ermənistan KTMT-yə üzvlüyünün dondurulduğunu elan edib və sonradan təşkilata üzvlük haqqını ödəməkdən imtina edib. İyunun 12-də Baş nazir Nikol Paşinyan Milli Assambleyada çıxışı zamanı Ermənistanın gələcəkdə KTMT-dən çıxacağını istisna etməyib.
Kopyalandı
Seçilmişlər