Ermənistanı silkələyən hadisə | Paşinyan hərəkətə keçir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan daxili siyasətində baş verən silsilə istefalar və Baş nazir Nikol Paşinyanın "təmizləmə" əməliyyatı ölkəni silkələyib. Baku TV-nin təhlilinə görə, Paşinyan 2026-cı il parlament seçkiləri ərəfəsində xalqın etimadını itirmiş və adı korrupsiya qalmaqallarında hallanan yüksək vəzifəli şəxsləri, o cümlədən daxili işlər naziri, İstintaq Komitəsinin sədri və bir neçə digər güc strukturu rəhbərini vəzifədən uzaqlaşdırıb. Süjetdə bu addımın həm daxili narazılığı yatırmaq, həm də beynəlxalq tərəfdaşlara (xüsusən Aİ və ABŞ) islahat mesajı vermək məqsədi daşıdığı qeyd olunur. Erməni müxalifəti isə bunu "siyasi şou" və Paşinyanın öz hakimiyyətini qorumaq üçün atdığı son çırpınışlar kimi qiymətləndirir. İrəvan küçələrindəki gərginlik, hökumət daxilindəki qruplaşmaların mübarizəsi və Paşinyanın yeni kadr islahatları barədə ən son detallar reportajda ətraflı təqdim edilir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
