Pleyeri seçin:

Ermənistanın Rusiyaya düşmənçiliyi başladı?

20 fevral 2024 412 baxış

Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni konstitusiya ilə bağlı səsləndirdiyi fikirləri ətrafında gedən söhbətlər səngimək bilmir. Ölkə mediasında sözügedən məsələ ilə bağlı yeni məlumatlar dərc edilib.

Xəbərə görə, N.Paşinyan hökuməti konstitusiyaya tərəfsizlik müddəasını əlavə etmək niyyətindədir ki, bu müddəaya görə, Ermənistan ərazisində xarici ölkələrin silahlı qüvvələrinin daimi əsaslarla yerləşdirilməsi qadağan edilir.

Qeyd olunub ki, sözügedən əlavə birbaşa Rusiya hərbi bazalarına və sərhəd qoşunlarına qarşı yönəlib. Bir sözlə, əgər Ermənistan Konstitusiyasına tərəfsizlik müddəası əlavə olunarsa, Rusiyanın Gümrüdə yerləşən 102 saylı hərbi bazası ləğv edilməlidir.

Məsələ ilə bağlı Baku TV-yə açıqlama verən rusiyalı hərbi ekspert Boqdan Bezpalko bildirib ki, əgər belə bir hadisə baş verərsə, rəsmi Moskva Ermənistan rəhbərliyini cəzasız qoymayacaq:

“Bu, açıq şəkildə Rusiyaya qarşı düşmənçilik addımıdır. Birincisi, ona görə ki, Ermənistan faktiki olaraq Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərindən çıxdığını bəyan edir. İkincisi, bu baş verərsə, Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılmasını şərtləndirəcək.

Əminəm ki, bu baş verərsə, Rusiya ilə Ermənistan arasında iqtisadi əlaqələr kəsiləcək. Rəsmi Moskva Ermənistan rəhbərliyinin bu cür davranışını cəzasız qoymayacaq. Artıq bunun ilk siqnalları gəlir. Ermənistandan gələn malların sərhəddə yoxlanılması, bu malları Rusiyaya gətirən yük maşınlarının gecikdirilməsi bundan xəbər verir.

Digər variant ondan ibarətdir ki, Ermənistanı hərbi münaqişəyə təhrik edirlər. N.Paşinyan bilməlidir ki, bu baş versə belə, onun istədiyi kimi, Qarabağın Ermənistan təsirinə qaytarılması arzusu reallaşmayacaq”.

Onu da qeyd etmək yerinə düşər ki, tərəfsizlik müddəası əlavə ediləcəyi təqdirdə İrəvan KTMT-ni də tərk etmək məcburiyyətində qalacaq. Bütün bu sadalananların Ermənistan üçün necə nəticələnəcəyini isə zaman göstərəcək.

Banner
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 412 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 412 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 412 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 412 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 412 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 412 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 412 baxış
İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 412 baxış
Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI

Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 412 baxış
Qara dənizdə taxıl dəhlizinin açılması Zelenski ilə Modi arasındakı telefon söhbətində müzakirə edilib

Qara dənizdə taxıl dəhlizinin açılması Zelenski ilə Modi arasındakı telefon söhbətində müzakirə edilib

Dünya
10 noyabr 2026 412 baxış
Seçilmişlər
icon