Fars Körfəzində böyük gərginlik | "Tomahawk" raketləri İranı hədəf alır - Baku TV
ABŞ Silahlı Qüvvələrinə məxsus “BGM-109 Tomahawk” qanadlı raketlərinin İran istiqamətində uçduğu qeydə alınıb.
Belə ki, Ərəbistan dənizində hərəkətdə olan bir yük gəmisinin heyəti ABŞ-yə məxsus bir sıra hərbi fəaliyyətləri müşahidə edib.
“Azad İran” teleqram kanalının məlumatına görə, eyni zamanda bölgədə bir neçə ABŞ hərbi gəmisinin də olduğu qeyd olunub. Onların arasında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” aviadaşıyıcısının da olduğu bildirilir.
Məlumatda qeyd edilir ki, həmin aviadaşıyıcıdan “Super Hornet” qırıcılarının uçuş əməliyyatları həyata keçirilib. Bu təyyarələr ABŞ Hərbi Dəniz Qüvvələrinin “Carrier Air Wing 9” aviaqanadına daxildir.
ABŞ Hərbi Dəniz Qüvvələri Fars körfəzində İranın neft tankerlərinə zərbə endirib. Xarici KİV məlumat verir ki, üç İran gəmisinə hücum edilib. İranın cənub-şərqindəki Bəndər Abbas limanı yaxınlığında ABŞ və İsrail qüvvələrinin hücumlarından sonra bir İran gəmisində güclü yanğın qeydə alınıb.
#ABŞ Silahlı Qüvvələri teqi istifadə olunub
- Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur
- Hörmüzdəki gərginlik gəmi marşrutlarına belə təsir etdi - Baku TV
- İran edilən hücuma qarşılıq verərsə, reaksiyamız güclü olacaq | Trampdan sərt xəbərdarlıq- Baku TV
- CENTCOM rəhbəri İsraili İrana zərbələri bərpa etməyə çağırıb
- ABŞ qüvvələri Hörmüz boğazında hərbi əməliyyata start verib - Baku TV
