Pleyeri seçin:

Fiziki aktivlik orqanizmdəki kortizolun səviyyəsini aşağı salır

23 aprel 2026 444 baxış

Müntəzəm məşqlər əsas stres hormonu olan kortizolun uzunmüddətli azalması hesabına xroniki stresdən qorumağa kömək edə bilər.

Bu nəticəyə Pittsburq Universitetinin alimləri gəliblər.

Klinik tədqiqatda əvvəllər idmanla məşğul olmayan 130 sağlam yetkin iştirak edib. Onlar iki qrupa bölünüblər: birinci qrup bir il ərzində həftədə ən azı 150 dəqiqə məşqlər – sürətli yerimə, qaçış və ya velotrenajorda məşq daxil olmaqla yerinə yetirib, digər qrup isə əvvəlki həyat tərzini qoruyub saxlayıb.

Stres səviyyəsini qiymətləndirmək üçün alimlər qeyri-adi üsuldan – saçda kortizolun analizindən istifadə ediblər. Qan və ya tüpürcəkdən fərqli olaraq, bu göstərici bir neçə ay ərzində yığılan hormon səviyyəsini əks etdirir və xroniki stresi qiymətləndirməyə imkan verir.

Bir ildən sonra müntəzəm fiziki aktivliklə məşğul olan iştirakçılarda kortizol səviyyəsi nəzarət qrupuna nisbətən daha aşağı olub. Bu isə orqanizmdə ümumi "fon" stresinin azaldığını göstərir.

Qeyd edilir ki, müntəzəm fiziki yüklənmələr ürək-damar və sinir sistemlərini məşq etdirərək onları təkcə fiziki deyil, psixoloji yüklənmələrə qarşı da daha az həssas edir. Nəticədə orqanizm stresli vəziyyətlərə daha sakit reaksiya verir.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 444 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 444 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 444 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 444 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 444 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 444 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 444 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 444 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 444 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 444 baxış
Seçilmişlər
icon