Pleyeri seçin:
Əfqanıstanda dəhşətli zəlzələnin fəsadları belə aradan qaldırılır
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
BMT Əfqanıstanda baş vermiş zəlzələdən zərər çəkənlərə yardım üçün Mərkəzi Fövqəladə Hallara Dəstək Fondundan 5 milyon dollar ayırıb.
Təşkilatın bəyanatında bildirilib ki, BMT-nin Baş katibi Əfqanıstan xalqı ilə həmrəy olduğunu ifadə edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və zərərçəkənlərin tezliklə sağalmasını arzulayır.
BMT-nin bəyanatında qeyd edilib ki, humanitar ehtiyaclar üçün 5 milyon dollar maliyyə yardımı kifayət deyil və Baş katib bu faciəyə tez reaksiya vermək üçün əlavə resursların cəlb olunmasına çağırır.
Zəlzələ nəticəsində əmlaklara böyük ziyan dəydiyi bildirilir. Xilasedicilər mobil şəbəkələrlə əlaqəsi kəsilmiş ucqar dağlıq ərazilərdə axtarışları davam etidirirlər.
Kopyalandı
#Əfqanıstan teqi istifadə olunub
- 20 nəfər ölüb, 100-dən çox insan itkin düşüb
- 100-dən çox insan itkin düşdü, azı 20 nəfər öldü | Əfqanıstanda fəlakət - Baku TV CANLI
- Ölkə “dünyanın ən çox laqeyd yanaşılan böhranları” siyahısına daxil edilib
- Pakistanın şimal-qərbində genişmiqyaslı antiterror əməliyyatı keçirildi - Baku TV CANLI
- Pakistanın zərbələri nəticəsində 400-dən çox şəxs ölüb
