Fransa müdafiə naziri Makronun dediklərinə aydınlıq gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ Ukraynaya qoşun göndərməyəcək".
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Edrien Uotson söyləyib.
Onun sözlərinə görə, Bayden ABŞ-nin Ukraynaya döyüşmək üçün qoşun göndərməyəcəyini açıq şəkildə deyib.
Qeyd edək ki, daha öncə Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qoşunların göndərilməsinin mümkünlüyünü bildirib.
Bu arada, Fransanın müdafiə naziri Sebastyen Lekornü isə deyib ki, Emmanuel Makron Ukraynaya döyüşmək üçün qoşun göndərməkdən danışmayıb. Onun sözlərinə görə, bu, Rusiyaya qarşı müharibə aparmaq üçün qoşun göndərmək deyil.
Nazir bildirib ki, fevralın 26-da Parisdə keçirilən konfrans zamanı Avropa liderləri Ukraynaya yardımı artırmaq üçün müxtəlif ideyalar təklif ediblər, o cümlədən Ukraynada minalardan təmizləmə yardımının genişləndirilməsi və Ukrayna qoşunları üçün təlimlərin artırılması. Onun sözlərinə görə, bu cür tədbirlərlə bağlı konsensus əldə olunmayıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
