Fransa polisindən Yeni Kaledoniyada xüsusi əməliyyat | Hərəkat lideri saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni Kaledoniyada vəziyyət gərgin olaraq qalır.
Paytaxt Nuameyada Fransa polisinin keçirdiyi əməliyyat nəticəsində Yeni Kaledoniyada milli azadlıq hərəkatının liderlərindən olan, Kaledoniya İttifaqı Partiyasının prezidenti Ten Kristian və daha səkkiz fəal saxlanılıb.
Bu barədə "Haber Global" televiziya kanalında məlumat verilib.
Süjetdə qeyd olunub ki, həbsindən əvvəl Ten Kristian mətbuat konfransı keçirərək müstəmləkəçilik siyasətindən əziyyət çəkən yerli sakinlərə müraciət etməyə hazırlaşıb. Bundan xəbər tutan Fransa polisi adada xüsusi əməliyyat həyata keçirərək onu həbs edib.
Qeyd olunub ki, Fransa Prezidenti Emmanuel Makronun Yeni Kaledoniyaya səfəri zamanı görüşdüyü yerli fəallar arasında Ten Kristian da olub.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
