Fransa Prezidenti impiçment səbəbi ilə istefaya gedir? | 12 nəfər səs verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Milli Assambleyasının Bürosu ölkə prezidenti Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsini təsdiqləyib.
Bu barədə yerli KİV məlumat yayıb.
Qeyd edək ki, bu təşəbbüsü daha əvvəl parlament seçkilərində qalib gəlsə də, hökumətin qurulması prosesindən kənarda qalan solçu “Əyilməz Fransa” partiyası irəli sürüb.
Təklif Fransa Konstitusiyasının prezidentin səlahiyyətlərini pozduğu halda onun vəzifədən kənarlaşdırılmasına imkan verən 68-ci maddəsinə əsasən təqdim edilib. Sözügedən təklif 80-dən çox imza əldə etdikdən sonra Assambleya bürosunda səsverməyə çıxarılıb.
İlk turun nəticələrinə görə, 22 nəfərlik komitənin 12 üzvü irəli sürülən təklifin lehinə səs verib. Beləliklə, təklif parlament yoxlamasından uğurla çıxmış olub.
Qətnamə indi solçuların cəmi 24 yerə malik olduğu 73 deputatdan ibarət qanunvericilik komissiyası tərəfindən təsdiqlənməlidir. Bundan sonra o, iki həftə ərzində Milli Assambleyanın üçdə ikisi, yəni 385 deputat tərəfindən qəbul edilməlidir.
Son iki mərhələ parlamentin yuxarı palatası, solların çoxluğa malik olmadığı Senatda da keçməlidir. Senat qətnaməni 232 səslə təsdiq edərsə, hər iki palata birgə iclasda toplanacaq və 925 parlamentaridən 617-si qətnaməni dəstəkləməlidir. Bu baş verərsə, E.Makron vəzifəsindən dərhal istefa verməyə məcbur olacaq.
#Fransa teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Fransada məhbusların sayı rekord həddə çatıb
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
