Fransa Prezidenti postundan birdəfəlik gedəcəyini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddəti başa çatdıqdan sonra artıq siyasətlə məşğul olmayacağını açıqlayıb.
Bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Makron 2027-ci ildə Yelisey sarayından ayrıldıqdan sonra artıq siyasətlə məşğul olmayacağına söz verib.
"Mən əvvəllər siyasətlə məşğul olmamışam və bundan sonra da məşğul olmayacağam", – deyə o, Kiprin paytaxtında, məktəblərdən birində şagirdlərlə söhbətində bildirib.
Aİ liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün rəsmi səfərdə olan Yelisey rəhbəri həmçinin qeyd edib ki, Prezidentliyinin son onilliyində çətin məqamlar olub. Yerli mətbuat hesab edir ki, bu bəyanat birmənalı olaraq onun Prezidentlik müddəti başa çatdıqdan sonra siyasi fəaliyyətini davam etdirməmək niyyətinə işarə edir.
"9 ildən sonra ən çətin məqam yaxşı həll etdiyiniz məsələləri qorumaq və irəliləməyə çalışmaqdır, amma bəzən səhvlərinizi də düzəltməlisiniz", – deyə Fransa lideri bildirib.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
