Fransa Rusiya ilə müharibəyə hazırlaşır?
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın hərbi topoqrafları Rumıniyada Ukrayna və Moldova ilə sərhəddə ərazinin ətraflı xəritələrini tərtib edərək gizli missiya həyata keçirirlər.
"Le Figaro" qəzetinin məlumatına görə, bu fəaliyyətlər NATO-nun regionda Rusiya ilə potensial toqquşmaya hazırlığı ilə əlaqədardır.
Bildirilir ki, Rumıniyaya 2024-cü ildə Fransanın Quru Qoşunlarının 28-ci ayrıca hərbi hissəsinin hərbçiləri ‒ respublikada yeganə hərbi topoqraflar bölməsi gedib. Onların vəzifəsi mümkün münaqişə halında ərazi kəşfiyyatı və xəritələrin yenilənməsidir.
Fransalı hərbçilər xüsusilə Karpat dağətəyi və Dunay arasındakı strateji dəhliz olan Fokşan darvazalarının kartoqrafiyasına diqqət yetiriblər. NATO hesab edir ki, bu yer Rusiya Ordusu tərəfindən Avropaya hücum üçün istifadə edilə bilər.
Bölmə komandiri polkovnik Giyom Şmidt qeyd edib ki, döyüş əməliyyatları şəraitində ordu peyk siqnallarının yatırılması zamanı belə əməliyyatları davam etdirməyə hazır olmalıdır.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
