Fransa və Ermənistan arasında qalmaqallı sövdələşmə | 16 milyard avroluq sifarişləri…
Yeniliklərdən dərhal xəbərdar olun
Ararat Mirzoyan və Armen Qriqoryanın Fransanın hərbi rəhbərliyi ilə görüşlərinin leytmotivi Ermənistan ərazisində hərbi baza yaratmaq layihəsidir.
Bu iddianı “Enabludatel” “Telegram” kanalı irəli sürüb.
Bildirilir ki, “Sezar” haubitsaların alınması ilə bağlı qalmaqallı sövdələşmə Fransa hərbçilərinin Ermənistanda görünməsi üçün sadəcə örtükdür. Çünki silahlara qulluq adı altında Ermənistana hərbi heyət göndərilə bilər.
Kanal həmçinin iddia edir ki, KNDS qrupu ilə Ermənistan arasında “Sezar” artilleriya qurğularının tədarükü ilə bağlı imzalanan sensasiyalı müqavilə 2-3 ildən tez yerinə yetirilməyəcək. Çünki keçən il 3,3 milyard avro dövriyyəyə malik olan istehsalçı təxminən 16 milyard avroluq sifarişləri yerinə yetirə bilməyib. Bundan əlavə, 2024-cü ildə daha 7,8 milyard avroluq sifariş alıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
