Fransa və Yunanıstan Kiyevə “Mirage” qırıcılarının verilməsini müzakirə edir
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa və Yunanıstan Afina tərəfindən Kiyevə “Mirage” tipli qırıcıların verilməsi ilə bağlı danışıqlar aparır.
Bu barədə "Les Echos" mənbəyə istinadla məlumat yayıb.
Qəzet qeyd edir ki, müzakirələr Yunanıstanın Ukraynaya təxminən 10 ədəd “Mirage 2000-5” qırıcısı verməsini nəzərdə tutur. Bunun əvəzində Yunanıstan Hərbi Hava Qüvvələrinin yeni “Rafale” təyyarələri ilə təmin olunması planlaşdırılır.
Məlumata görə, bu məsələ Fransa Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənir və məsələ onun 24-25 aprel tarixlərində Afinaya səfəri zamanı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə müzakirə ediləcək.
Bununla yanaşı, nəşr yazır ki, Fransanın təzyiqi Yunanıstanda narazılıq doğurub. Afina hələlik “Mirage” qırıcılarından imtina etmək istəmir və ölkənin müdafiə qabiliyyətinin zəiflədilə biləcəyi ehtimalından ehtiyat edir.
Qeyd olunur ki, sövdələşmənin maliyyə tərəfi də hələlik aydın deyil. İstifadə olunmuş “Mirage” təyyarələrinin dəyəri yeni “Rafale” qırıcılarından xeyli aşağıdır və bu səbəbdən layihənin yalnız Avropa maliyyə dəstəyi ilə reallaşa biləcəyi bildirilir.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
