Fransa yenidən güc tətbiq edir | Martinik adasında etirazlar güclənir
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa hakimiyyəti polisin xüsusi təyinatlı qüvvələrini etirazların yatırılması üçün bahalaşmaya qarşı nümayişlərin keçirildiyi Martinik adasına göndərib.
Məlumatda bildirilib ki, 2021-ci ildə yaradılan “CRS 8” bölüyü xüsusisilə nümayişlərin yatırılması üzrə ixtisaslaşıb. Bundan əvvəl Martinik hakimiyyəti qiymət artımına qarşı nümayişlərdən sonra paytaxt Fort-de-Frans şəhərinin və Lamentin kommunasının bir neçə bölgəsində komendant saatı tətbiq edib.
Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) məlumatına görə, Martinikdə qiymətlər, xüsusilə ərzaq Fransa və Avropa ilə nisbətdə 40% bahadır.
Nümayişçilər magistral yolların ortasında barrikadalar qurublar, aclıqdan əziyyət çəkən yerli əhali adanın əsas limanına daxil olaraq qida ilə dolu bir neçə konteyneri açıb insanlara paylayıblar.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
