Fransa yenidən təxribat törətmək istəyir? | Siyasi şərhçi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-Ukrayna münaqişəsinə indi də Fransanın birbaşa müdaxiləsi nəzərdən keçirilir.
Belə ki, Parisin Kiyevə dəstək qoşunları göndərməsi üçün hətta Avropada hərbi koalisiya qurmağa çalışdığı iddia olunur. Görünən odur ki, Fransa Qərbdə NATO-ya və Amerikaya qarşı yeni güc mərkəzi formalaşdırmaq istəyir və planlarını həyata keçirmək üçün ən optimal variant kimi Ukraynanı görür.
Bəs proseslərin bu şəkildə cərəyan etməsi necə nəticələnə bilər?
Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Fransanın Ukraynaya qoşun yeridəcəyi ilə bağlı Emmanuel Makronun iddialarını daha çox təhdid kimi qəbul etmək olar:
“İndiki şəraitdə belə bir addımın atılması inandırıcı deyil. Atılacaqsa da, daha çox təxribat xarakterli addım olacaq. Müharibənin gedişatının dəyişməsinə deyil, prosesin daha da uzanmasına xidmət edəcək”.
Emmanuel Makronun Ukraynaya qoşun göndərmək təşəbbüsünün Birləşmiş Ştatların himayəsindəki NATO-nu zəiflətmək, Qərbdə məhz Fransa liderliyində yeni güc mərkəzinin təməlini atmaq məqsədi daşıdığı istisna deyil.
Görünür, Konqresin Kiyevə verilməsi nəzərədə tutulan yeni yardım paketini hələ də təsdiqləməməsi, Prezident Cozef Baydenin Ukraynaya hərbi müdaxilə etməyəcəyini bəyan etməsi, üstəlik, Donald Trampın hakimiyyətə qayıtması ilə yardımların tamamilə dayandırılması və bununla da münaqişənin başa çatması ehtimalı E.Makronu bu vəziyyəti fürsətə çevirməyə həvəsləndirib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
