Fransada 1 milyondan çox insan küçələrə axışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada hökumətin yeni büdcə planına və sərt qənaət tədbirlərinə qarşı etiraz dalğası pik həddə çatıb. Baku TV-nin təqdim etdiyi məlumata görə, ölkənin 160-dan çox şəhərində 1 milyona yaxın insan küçələrə axışaraq Baş nazir Sebastien Lekornu hökumətinin iqtisadi siyasətinə kəskin etirazını bildirib. "Bloquons Tout" (Hər şeyi bloklayaq) hərəkatı tərəfindən dəstəklənən kütləvi tətillər nəticəsində Paris başda olmaqla iri şəhərlərdə nəqliyyat sistemi iflic olub, yüzlərlə aviareys ləğv edilib və bir çox məktəblər fəaliyyətini dayandırıb. Etirazçılar dövlət xidmətlərinə ayrılan vəsaitlərin azaldılmasına, pensiyaların dondurulmasına və sosial müavinətlərin kəsilməsinə qarşı çıxaraq hökumətin istefasını tələb edirlər. Paris küçələrində nümayişçilər və polis arasında toqquşmaların baş verdiyi, hüquq-mühafizə orqanlarının gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. Süjetdə Fransanı bürüyən bu kütləvi narazılığın səbəbləri və Avropanın aparıcı dövlətində yaranmış siyasi böhranın dərin qatları ətraflı təhlil olunur.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
