Fransada 14 minə yaxın yanğın qeydə alındı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada 13 566 yanğın hadisəsi qeydə alınıb və artıq 116 085 hektar ərazi yanıb.
Bu barədə ölkənin Baş naziri Sebastyen Lekornyu "X" sosial şəbəkəsində yazıb.
"Yanğınlarla mübarizə profilaktikadan başlayır. Hər 10 yanğından 9-u insan fəaliyyətinin nəticəsində yaranır və onların əksəriyyəti ehtiyatsızlıqdan baş verib. Onlardan bəziləri isə qəsdən yandırılır: bu, 15 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətdir. Təhlükəsizlik qüvvələri yanğın törədənləri aşkar etmək üçün tam səfərbər olunub. Onlar tapılacaq, həbs ediləcək və məhkəmə qarşısında öz hərəkətlərinə görə cavab verəcəklər", – deyə S.Lekornyu bildirib.
Qeyd edək ki, bütün Fransa boyunca meşə yanğınları davam edir, ən böyüyü isə Jironda departamentindədir. Sözügedən departamentdəki yanğın nəticəsində artıq 42 min hektar ərazi yanıb və 220 min insan təxliyə edilməli olub.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
