Fransada güclü zəlzələ olub: xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada Rixter cədvəli ilə 5,2 və 5,8 maqnitudada zəlzələ baş verib. Təbii fəlakət nəticəsində yüzlərlə bina yaşayış üçün yararsız hala düşüb, iki nəfər xəsarət alıb.
Des Sevr şəhərində iki nəfərin yaralandığı məlum olub. Ölkədə Sahilyanı Şaranta bölgəsinin xüsusilə zərər çəkdiyi bildirilir. Zəlzələ ilə əlaqədar 170-ə yaxın insan təxliyə edilib. Evlərə, məktəblərə və kilsələrə ziyan dəyib.
Ölkənin Baş naziri Elizabet Born yeraltı təkanları qeyri-adi adlandırıb və bütün zərərçəkənlərlə həmrəy olduğunu bildirib.
Daxili işlər naziri Cerald Darmanin hökumətin binalara olan struktur ziyanını qiymətləndirmək üçün sürətli proses başlayacağını söyləyib.
Qeyd edək ki, Fransada maqnitudası beşdən çox olan zəlzələlər nadir təbii hadisəsi hesab olunur və sonuncu dəfə bu cür zəlzələ 2019-cu ilin noyabrında baş verib.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
