Fransada nələr baş verir? | Deputatlar 2026-cı il üçün büdcə layihəsini rədd etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Bir sıra fransalı siyasətçi Prezident Emmanuel Makron və Baş nazir Sebastyan Lekornyunun hökumətinin istefasını tələb edib.
Bu barədə solçu partiya "Təslim olmayan Fransa"nın parlament fraksiyasının lideri Matilda Pano sosial şəbəkələrdə bildirib.
Məlumata görə, bundan sonra deputatlar demək olar ki, yekdilliklə 2026-cı il üçün büdcə layihəsini rədd ediblər.
"404 səs "əleyhinə" və cəmi bir səs "lehinə" olmaqla. Büdcə layihəsi heç vaxt belə qüvvələr nisbəti ilə rədd edilməmişdi. Biz bu büdcəyə mane olmaq üçün əlimizdən gələni edəcəyik. Sebastyan Lekornyuya etimadsızlıq. Makrona istefa!", ‒ deyə o yazıb.
Sağçı "Qalx, Fransa" partiyasının lideri Nikola Dyupon-Enyan da Makronun hakimiyyətdən uzaqlaşdırılması və yeni seçkilərin təşkilinin ölkəni "xilas etmək üçün yeganə həll" olduğunu bildirib.
Öz növbəsində, sağçı "Milli Birlik" partiyasının deputatlar fraksiyasının lideri Marin Le Pen hökumətin istefasını və parlamentin buraxılmasını tələb edib.
"Vətənpərvərlər" partiyasının lideri Florian Filippo da kabinetin istefasını tələb edib.
#Fransa teqi istifadə olunub
- Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
- "Sarı jiletlilər"in yürüşü qadağan edildi
- Fransada şənbə gününə özəl olaraq təhlükəsizlik gücləndirilir
- Fransada etiraz aksiyalarının vurduğu iqtisadi zərər milyardlarla avroya çatıb
