Fransız siyasətçinin qaçqınlarla bağlı Türkiyəyə sərt ittihamına Ruttedən cavab
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə NATO-nun çox dəyərli üzvüdür”.
Bunu NATO Baş katibi Avropa Parlamentində fransalı siyasətçi Cordan Bardellanın Türkiyəni hədəf alan sualını cavablandırarkən deyib.
C.Bardella Türkiyəni miqrasiya böhranında aktiv rol oynamaqda və suriyalı qaçqınlardan istifadə etməkdə də günahlandırıb.
“Türkiyə və Almaniya 2016-cı ildə Avropa Birliyi Şurasına sədrlik edən Niderlandla birlikdə qaçqın böhranı ilə bağlı razılığa gəldi. Bu, məni çox sevindirdi, çünki Almaniya, İsveç və Niderlanda gələn suriyalı qaçqınların sayını azaltmağı bacardıq”, – Rutte cavabında bildirib.
Rutte Macarıstan Baş naziri Viktor Orbanın “Heç kim Macarıstana gəlmək istəmir, hər kəs Almaniyaya getmək istəyir” açıqlamasını xatırladaraq qeyd edib:
“Bu, doğru idi. 2016-ci ildə miqrant axını 1 milyona çata bilərdi, lakin Türkiyə ilə gerçəkləşdirilən anlaşma ilə bunun qarşısı alındı. Hər zaman Türkiyə NATO-nun dəyərli bir müttəfiqi olduğunu və öz rolunu oynadığını hiss etdirib. Eyni zamanda Türkiyə öz maraqlarını da müdafiə edir, eynilə burada, Avropa Birliyində, NATO daxilində digərlərinin etdiyi kimi. Bu, təbii bir şeydir. Türkiyə Alyansın dəyərli bir üzvüdür”.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
