Gənclər üçün yeni inkişaf imkanları açılır?
Yeniliklərdən dərhal xəbərdar olun
"Gənc mütəxəssisləri süni intellektlə əvəzləməyə çalışan şirkətlər bir neçə ildən sonra istedad çatışmazlığı ilə üzləşə bilərlər".
Bunu "Roskaçestvo"nun direktor müavini İrina Şuljenko "Gazeta.ru"ya bildirib.
O qeyd edib ki, gənc kadrlara sərmayə qoymamaq gələcəkdə ortasəviyyəli menecerlərin yetişməməsinə səbəb olacaq:
"Çünki təcrübəli mütəxəssislər öz-özünə yaranmır, başlanğıc səviyyəli vəzifələrdən inkişaf edərək müəyyən pilləyə gəlirlər. Süni intellekt əsasən sadə və bəlli qaydalı işləri görür, amma kapital qoyuluşu gənclər üçün yeni inkişaf imkanları açır.
Süni intellektlə işləyə bilən mütəxəssislərə çox ehtiyac var. Çünki nəticələri yoxlamalı, səhvləri tapmalı və modelləri düzəltməlidirlər. Beləliklə, adi işçidən süni intellektin idarəçisi və nəzarətçisinə çevrilmək üçün daha yüksək bacarıqlar qazanmaq məqsədilə tənqidi düşüncə, yaradıcılıq və vəziyyətin mənasını başa düşmək lazımdır", – deyə İrina Şuljenko bildirib.
#Süni intellekt teqi istifadə olunub
- Süni intellekt proqram təminatındakı təhlükəli boşluqları aşkar edir
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- Mask süni intellektin inkişafının ənənəvi pulun əhəmiyyətini azalda biləcəyini bildirib
- Süni intellekt xeyli insanın həyatına son qoya bilər? - Baku TV
- İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur
