Pleyeri seçin:

Gərginlik artır | Netanyahu Suriya ilə bağlı kritik qərar verdi

09 dekabr 2024 127 baxış

İsrail Ordusu Suriya ilə sərhəddə Qolan təpələrindəki bufer zonadan kənara çıxıb.

Bu barədə "The New York Times" İsraildəki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, sözügedən məsələ Suriyanın sabiq prezidenti Bəşər Əsədin ölkəni tərk etməsi ilə bağlıdır və bu, regionda qeyri-sabitliyin artmasına səbəb ola bilər.

İsrail Ordusunun bufer zonadan kənarda olduğunu Baş Qərargah rəisi Herzi Halevi də təsdiqləyib.

Son məlumatlara görə, İsrail Ordusu Suriya ilə bufer zonada yerləşən Hermon dağının qarşı tərəfdəki nöqtəsini ələ keçirib.

Bundan əvvəl Baş nazir Benyamin Netanyahu iki ölkə arasında 1974-cü ildə əldə edilmiş razılaşmanın iflasa uğradığını bildirib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya Prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri – Hələb, Həma, Deyr əz-Zor, Dəraa və Homsu ələ keçiriblər. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar.

Bəşər Əsədin isə hazırda Rusiyada olduğu bildirilir.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 127 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 127 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 127 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 127 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 127 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 127 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 127 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 127 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 127 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 127 baxış
Seçilmişlər
icon