Girovda olan gənc və Tramp zəng zamanı nə danışdı? | Dəhşətli etirafın detalları
Yeniliklərdən dərhal xəbərdar olun
HƏMAS tərəfinin hələ də girov saxladığı 32 nəfərdən biri – 21 yaşlı Edan Aleksandr azad edilib.
“The Times of Israil”in məlumatına görə, onun evə qaytarılmasında Amerika hərbçilərinin əvəzsiz rolu olub.
İsrail mediasında yayılan məlumatda həmçinin bildirilib ki, E.Aleksandra Donald Trampla görüşə bilməsi üçün BƏƏ-yə səfər etməsi təklif olunsa da, o, həkim müayinəsində olduğundan plan baş tutmayıb.
Buna baxmayaraq, Edan Aleksandr xəstəxanadan D.Trampa zəng edərək öz təşəkkürünü bildirib. E.Aleksandr HƏMAS-a məxsus yeraltı tuneldə saxlanıldığını, günlərlə ac-susuz olduğunu və şiddətli zorakılıqlara məruz qaldığını deyib. O, hərbçilərdən digər girovların da tezliklə azad edilməsini rica edərək bildirib ki, onlara insan kimi yanaşmırlar.
Xatırladaq ki, HƏMAS hələ də 31 israillini girov saxlayır.
#ABŞ teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI
- Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri arasındakı görüşlə bağlı detallar - Baku TV
