Pleyeri seçin:

Göbələklərlə bağlı dəhşətli fakt aşkarlandı | Alimlər hərəkətə keçdi

02 iyul 2024 441 baxış

Tədqiqatlara görə, dünyada artan temperatur göbələklərin mutasiyaya uğrayaraq dərmana davamlı olmasına səbəb olur. Xüsusilə son illərdə temperaturun sürətlə artmasını nəzərə alan ekspertlər bunun qiyamət ssenarisi ola biləcəyini deyirlər.

Çinin Nankin Tibb Universitetinin tədqiqatçıları dünyada artan temperaturun göbələklərin təkamülünə necə təsir etdiyini araşdırıblar.

Tədqiqatçılar aşkar ediblər ki, yüksək temperatur göbələklərin genetik strukturunda dəyişikliklərə səbəb olur, bu da onların həm yoluxuculuğunu artırır, həm də dərmanlara davamlı edir. Mütəxəssislər insanlarda göbələk infeksiyalarının tez-tez baş verdiyini və ciddi sağlamlıq problemlərinə səbəb olduğunu nəzərə alaraq bunun xüsusilə narahatedici olduğunu bildirirlər.

Çindəki xəstəxanalarda apardıqları araşdırmada tədqiqatçılar əvvəllər məlum olmayan göbələk növlərinin meydana gəldiyini və bəzilərinin xüsusilə göbələk xəstəliklərində istifadə edilən antifungal dərmanlara qarşı müqavimət göstərdiyini müəyyən ediblər.

Bu növlərin aqressiv inkişaf etdiyi və 37 dərəcəyə, yəni insan bədən istiliyinə məruz qaldıqda belə immunitet sisteminə davamlı olduğu müşahidə edilib.

Nəticə etibarı ilə alimlər vurğulayırlar ki, qlobal temperatur artdıqca bu cür göbələklərin daha çox yayılması və təhlükəli hal alması riski arta bilər. Buna görə də yeni antifungal dərmanların hazırlanması və mövcud müalicə variantlarının təkmilləşdirilməsi təcili ehtiyac kimi önə çıxır.

Kopyalandı
Banner
Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Dünya
27 oktyabr 2026 441 baxış
Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 441 baxış
Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Dünya
27 oktyabr 2026 441 baxış
Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Dünya
27 oktyabr 2026 441 baxış
Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 441 baxış
Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 441 baxış
Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Dünya
27 oktyabr 2026 441 baxış
Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 441 baxış
Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Dünya
27 oktyabr 2026 441 baxış
Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Dünya
27 oktyabr 2026 441 baxış
Seçilmişlər
icon