Gözlənilməz təmas: Putin və Paşinyan arasında Çində özəl görüş baş tutdu
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Görüş Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.
Rusiya Prezidenti Paşinyanla uzun müddət görüşmədiklərini bildirib. Putin qeyd edib ki, bu müddət ərzində müzakirə üçün həm ikitərəfli, həm də regional xarakterli xeyli sual yaranıb.
“Ümid edirəm ki, bugünkü görüşümüz faydalı və məzmunlu olacaq”, ‒ deyə Rusiya Prezidenti vurğulayıb.
Paşinyan isə Rusiya ilə Ermənistan arasında mövcud olan tərəfdaşlıq və dialoqdan məmnun olduğunu bildirib və ölkələri qardaş adlandırıb.
“Bizim hər zaman çox məşğul gündəliyimiz var. Mən aramızda yaranan tərəfdaşlıqdan, şəxsi dialoqumuz və əlbəttə ki, qardaş ölkələrimiz arasındakı fəal dialoqdan çox şadam”, ‒ Paşinyan görüşdə belə deyib.
Qeyd edək ki, ŞƏT sammitində itirak edən qonaqların şərəfinə təşkil olunmuş qəbulun ardından baş tutan görüş Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun jurnalistlərə açıqladığı ilkin cədvəldə nəzərdə tutulmamışdı. Lakin Kremlin nümayəndəsi dərhal qeyd edib ki, qrafik sərt deyil və ona istənilən anda müxtəlif formatlarda yeni bəndlər əlavə edilə bilər.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
