Pleyeri seçin:
Güclü daşqınlar Hindistanda ciddi fəsadlara və insan tələfatına səbəb olub
Hindistanın Uttar-Pradeş ştatında baş verən daşqınlar nəticəsində 16 784 nəfər təxliyə edilib, 3 nəfər isə ölüb.
Bu barədə "Hindustan Times" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, təbii fəlakətin nəticələri ştatın 35 dairəsindən 23-nə təsir edib. Bəzi ərazilərdə təkrar daşqın təhlükəsi qalmaqdadır. Xüsusilə Balliya dairəsində Qanq və Sarayu çaylarında suyun səviyyəsinin yüksəlməsi təxminən 20 500 nəfərə təsir edib.
Daşqınlar nəticəsində 3 nəfər, o cümlədən 18 aylıq uşaq, 32 yaşlı qadın və 55 yaşlı kişi həlak olub. Həmçinin yüzlərlə evə ziyan dəyib.
Qeyd olunur ki, axtarış-xilasetmə əməliyyatlarına 1 499 qayıq, eləcə də 1 067 tibbi briqada cəlb edilib. Ştat hakimiyyəti 1 311 müvəqqəti yaşayış məntəqəsi yaradıb.
Kopyalandı
#Daşqın teqi istifadə olunub
- Minlərlə insan itkin olduğu halda aktiv axtarışlar başa çatdırılıb
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- Fövqəladə vəziyyət fonunda təxliyə necə davam edir?
- Nepalda daşqınlar nəticəsində ölənlərin sayının 1400-ü keçdiyi bildirilir
- Nepalda axtarış-xilasetmə əməliyyatları davam etdirilir
