Gürcüstan parlamentində gərgin anlar: Zurabişvilinin impiçment məsələsi
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan parlamentində Prezident Salome Zurabişvilinin impiçment məsələsinin müzakirəsinə başlanılıb. Sessiyada Salome Zurabişvili özü də iştirak edir.
Parlamentin sədri Şalva Papuaşvili prosedur haqqında danışarkən bildirib ki, Salome Zurabişvilinin 15 dəqiqəlik reqlamentlə çıxış etmək, həmçinin sual ünvanlamaq imkanı olacaq. İmpiçment təqdimatının müəllifi, hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze də məhkəmədə çıxış edir.
Gürcüstanın əsas müxalifət partiyası “Vahid Milli Hərəkat” sessiyanı boykot edib və müzakirədə iştirak etmir. Partiya bu barədə parlamentin spikerinə ünvanladığı məktubda bildirib.
Hakim partiyanın Prezidentin impiçmenti üçün 100 deputatın dəstəyinə ehtiyacı var. Lakin partiya hazırda parlamentdə 85 deputatla təmsil olunur.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
