Gürcüstan Prezidenti istefa verməyəcəyini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Heç yerə getmirəm. İstefa vermirəm. Mən olduğum yerdə qalacağam. Ölkəmizin Avropa gələcəyi və demokratiya üçün mübarizə aparacağam”.
Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. O, Konstitusiya Məhkəməsinin impiçmentlə bağlı qərarı fonunda istefa vermək niyyətində olmadığını bildirib.
Dövlət başçısı ölkə telekanalları ilə yayımlanan bəyanatında məhkəmənin gəldiyi nəticəni imzalayan hakimlərin utanmalı olduqlarını deyib.
“Bu gün mənim qəlbim qırıldı, baxmayaraq ki, bu ölkədə artıq heç nə məni təəccübləndirmir” deyən Salome Zurabişvili impiçment səsverməsi zamanı parlamentə gedəcəyini bildirib.
Qeyd edək ki, Gürcüstanın Konstitusiya Məhkəməsi impiçment proseduru çərçivəsində Salome Zurabişvili tərəfindən ölkənin əsas qanununun pozulduğunu təsdiqləyib. Qərarı 9 hakimdən 6-sı dəstəkləyib.
Bu il sentyabrda Zurabişvili Berlin, Brüssel və Parisə gedib və burada yüksək vəzifəli görüşlər keçirib. Sonradan məlum olub ki, Gürcüstan hökuməti dövlət başçısının bu səfərinə razılıq verməyib. Ona görə də hakim partiya Prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
