Gürcüstan Prezidentindən ölkəsinin gələcəyi ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkənin sülh siyasətinin əsas məqsədinin Abxaziya və Tsxinvali bölgələrində yaşayan əhali ilə vahid Gürcüstan çərçivəsində birgə yaşamaq olduğunu bəyan edib.
O bu fikirləri "Birinci Kanal"da yayımlanan verilişdə səsləndirib.
Kavelaşvili bildirib ki, hazırda Gürcüstan ərazisinin bir hissəsi işğal altında olsa da, ölkə müstəqil və suveren dövlətdir. "Abxaz və osetinlərlə vahid dövlətdə birgə yaşamaq istəyirik", – deyə o bildirib.
Kavelaşvilinin sözlərinə görə, rəsmi Tbilisinin həm beynəlxalq platformalarda, həm də abxaz və osetin icmalarına münasibətdə elan etdiyi sülh siyasəti səmimi və açıq xarakter daşıyır.
O vurğulayıb ki, Gürcüstan vahid dövlət çərçivəsində birlikdə yaşamaq niyyətindədir və bu istiqamətdə səylərini davam etdirəcək.
Mixeil Kavelaşvili qeyd edib ki, gürcülər, abxazlar və osetinlər arasında ortaq tarix və uzun illərə dayanan münasibətlər mövcuddur. O, gələcəkdə ölkənin birləşəcəyinə ümid etdiyini bildirib və bu məqsədin konkret addımlarla sübut ediləcəyini deyib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
