Gürcüstan Qərblə münasibətləri bərpa etmək istəyir?
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisi meri və “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze bildirib ki, Gürcüstan ABŞ ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərini bərpa etməyə tam hazırdır.
Onun sözlərinə görə, Vaşinqtonla münasibətlər Gürcüstan üçün xüsusi əhəmiyyət daşıyır və ölkə bu əlaqələrin yeni səhifədən başlanmasını istəyir.
Baş nazir İrakli Kobaxidze isə Avropa İttifaqını açıq dialoqa çağırıb. O, Brüsselin Tbilisi ilə danışıqlardan yayınmasını arqument çatışmazlığı ilə izah edib və Avropa İttifaqının Gürcüstandan eynicinsli nikah və cins dəyişikliyi ilə bağlı məhdudiyyətləri aradan qaldırmağı tələb etməsini “absurd” adlandırıb.
Kobaxidze Avropanın bu mövqeyini şantaj kimi dəyərləndirib və Gürcüstanın milli maraqlarını sonadək qoruyacağını vurğulayıb.
Bəs Gürcüstanın Qərblə münasibətləri normallaşdırmaq istəyinə qarşı tərəf necə reaksiya verəcək?
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
