Gürcüstanda 6,5 milyon dollar dövlət büdcəsinə köçürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin evindən istintaq çərçivəsində müsadirə edilən 6,5 milyon dollar dövlət büdcəsinə keçirilib.
Bu barədə onun vəkili Mixeil Şakulaşvili bildirib.
Vəkilin sözlərinə görə, Gürcüstan Prokurorluğu müdafiə tərəfinin təqdim etdiyi sübutların bir hissəsini nəzərə alıb və buna əsasən Qaribaşviliyə qarşı irəli sürülən ittihamların mətni dəyişdirilib.
Şakulaşvili qeyd edib ki, hazırda Qaribaşvili Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin "C" bəndi ilə ittiham olunur.
Şakulaşvilinin açıqlamasına görə, yeni ittiham İrakli Qaribaşvilinin şərab sənayesindən əldə etdiyi gəlirləri bəyan etməməsi ilə bağlıdır. Vəkil bu əməlin rəsmi vəzifə cinayəti olmadığını, maliyyə xarakterli hüquqpozma kimi qiymətləndirildiyini vurğulayıb.
O əlavə edib ki, istintaq zamanı Qaribaşvilinin evindən götürülən qızıl əşyalar və saatlar ona məxsus olmayıb.
Şakulaşvili həmçinin vurğulayıb ki, digər məhkumlar kimi, İrakli Qaribaşvilinin də şərti azadlığa buraxılma və əfv hüququ var.
#Gürcüstan teqi istifadə olunub
- Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI
- "2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
