Gürcüstanda keçiriləcək seçki nələri dəyişə bilər? | Ekspertlərdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstanı böyük və ağır seçki gözləyir”.
Bunu gürcü politoloq və ekspertlər oktyabrın 26-da ölkədə keçiriləcək parlament seçkisi ilə bağlı Baku TV-yə müsahibəsində bildiriblər.
Onların sözlərinə görə, müxalifətin birləşməsi bu prosesdə həlledici ola bilər.
Politoloq Simon Kopadze vurğulayıb ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsi Gürcüstanın bir sıra ölkələrlə əlaqələrinin pozulmasına səbəb olub. O həmçinin xarici təşkilatların seçki ilə bağlı keçirdikləri sorğuların nəticəsindən də danışıb:
“Son dövrlərdə ölkədə baş verən siyasi proseslər, Rusiya qanunu adlandırılan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsi Gürcüstanın beynəlxalq tərəfdaşlarını itirməsinə səbəb oldu. Hazırda xarici təşkilatların seçki ilə bağlı keçirdikləri sorğuların nəticəsində hakim partiyanın gerilədiyi görünür.
Yeni qəbul edilmiş qanunla hakimiyyət seçki prosesinə qeyri hökumət təşkilatlarının təsirini minimuma endirəcək ki, bu fonda yalnız Gürcüstanda müxalifətin birləşməsi seçkilərdə həlledici ola bilər. Düşünürəm ki, hakimiyyət tərəfindən də sərt tədbirlər görüləcək”.
Politoloq Zurab Papaskiri isə bildirib ki, seçkiqabağı hazırkı dövrdə avqust ayı sakit keçir. Buna əsas səbəb hazırda məzuniyyət dövrünün olmasıdır:
“Sentyabrdan isə bütün siyasi partiyalar aktivləşəcək. Beləliklə, sentyabr və oktyabr aylarının olduqca gərgin keçəcəyini düşünürəm. Hakim partiya hər zaman olduğu kimi, bu gün də Avropaya, Avropa İttifaqına, NATO-ya inteqrasiyadan danışır və bu yöndə irəlilədiklərini desə də, bunun olmaması üçün hər şeyi edirlər.
Qeyd edim ki, Gürcüstan heç vaxt Qərbdən bu qədər təcrid olunmamışdı. Beynəlxalq arenada tərəfdaşımız qalmasa, biz Rusiya ilə təkbaşına qarşı-qarşıya qala bilərik. Hakimiyyətin atdığı addımlar isə Gürcüstanı Qərbdən Rusiyaya doğru aparır”.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
