Gürcüstanda Rusiyaya qarşı "ikinci cəbhə" açmaq istəyirlər | Kobaxidzedən mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin Tbilisiyə qarşı qəbul etdiyi qətnaməni ədalətsiz adlandırıb.
İ.Kobaxidze bu barədə "İmedi" telekanalına müsahibəsində deyib.
Gürcüstanın Baş naziri vurğulayıb ki, məqsəd hakim "Gürcü Arzusu" partiyasını cəzalandırmaq və Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat" partiyasına himayədarlıq etməkdir.
İ.Kobaxidze söyləyib ki, qətnamənin arxasında Gürcüstanda Rusiyaya qarşı "ikinci cəbhə" açmaq istəyən qüvvələr dayanır.
"Onlar bu qətnaməni qəbul etməklə oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkisi öncəsi gürcüstanlı seçicilərinin iradəsinə təsir etmək niyyətindədirlər", – deyə Gürcüstanın Baş naziri əlavə edib.
Xatırladaq ki, oktyabrın 9-da Avropa Parlamentinin deputatları Gürcüstanın demokratiyadan geri çəkilməsi ilə bağlı qətnamə qəbul edərək Tbilisiyə ayrılan Avropa maliyyəsinin dondurulmasını tələb ediblər.
#Avropa Parlamenti teqi istifadə olunub
- İtkin düşən azərbaycanlıların ailələri Avropa Parlamentinin qarşısında aksiyada - Baku TV CANLI
- "Bizim birliyimiz hər birimizi gücləndirəcək" | Prezidentdən birlik mesajı - Baku TV
- "Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib" | İlham Əliyev - Baku TV
- Prezidentin Avropa Parlamentinə sərt tənqidi və Ukrayna ilə bağlı mesajı "Haber Global"da - Baku TV
- Ankara Avropa Parlamentinin sanksiya təşəbbüsünə etiraz edib
