Pleyeri seçin:

Hakan Fidan Brüsseldə bir sıra görüşlər keçirib - Baku TV

04 dekabr 2025 465 baxış

Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə yerləşən NATO-nu nun qərargahında xarici işlər nazirlərinin görüşü çərçivəsində Böyük Britaniya və Niderlanddan olan həmkarları – İvett Kuper, David van Vil, eləcə də NATO-nun rəhbəri Mark Rutte ilə görüşüb.

“Anadolu” agentliyinin məlumatına görə, H.Fidan və NATO-nun Baş katibi Ukrayna və Rusiya arasında müharibənin sona çatdırılması istiqamətində göstərilən səylər, həmçinin Qara dəniz təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

“Qara dənizdə həyata keçirilən hücumlar, əslində, Türkiyənin etdiyi xəbərdarlıqlarda nə qədər haqlı olduğunu üzə çıxardı. Çünki bu, savaşın coğrafiyasının genişləndiyini göstərir. “Kairos” və “Virat” gəmilərinə edilən hücum Qara dənizin ticarətə qapalı olmasına gətirib çıxarır”, – deyə Hakan Fidan bildirib.

Türk diplomatik mənbələrin bildirdiyinə görə, Böyük Britaniyanın xarici işlər naziri İvett Kuperlə görüşdə Qəzzadakı vəziyyət, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün səylər, eləcə də Suriya və Livan məsələləri müzakirə olunub.

Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı H.Fidan ədalətli və davamlı həllin tapılmasının vacibliyini vurğulayıb.

H.Fidanın Niderlandın xarici işlər naziri David van Villə görüşü barədə ətraflı məlumat verilməyib.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 465 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 465 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 465 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 465 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 465 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 465 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 465 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 465 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 465 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 465 baxış
Seçilmişlər
icon