Hakan Fidan Əsədin Suriyadan qaçdığı gecə olanları danışdı | Hadisələrin dönüş nöqtəsi
Yeniliklərdən dərhal xəbərdar olun
“Son 2-3 il ərzində Əsəd rejimi artıq tükənmək üzrə idi”.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “NTV”nin canlı efirində deyib.
“Rejim proseslərə arxa çevirmişdi. Niyyətimiz Əsədin getməsi deyildi. Biz sadəcə Suriyanın yenidən dirçəlməsini istəyirdik. Əlbəttə, bütün bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da məruzə edirdik. Türkiyə lideri əslində Əsədə əl uzatdı. Amma onlar bizim nə danışacağımızı yaxşı bilirdilər. Uzatdığımız ələ baxmadılar. Biz özümüz üçün yox, insanlar üçün ev istəyirdik, vətən istəyirdik. Əsəd xalq üçün müzakirələrə belə getmədi”, – H.Fidan qeyd edib.
Nazir bildirib ki, Qətərdə keçirilən 22-ci Beynəlxalq Doha Forumunda həm Rusiya, həm də İrandan olan siyasilərlə müzakirələr aparılıb. Hadisələrin əsas dönüş nöqtəsi də məhz həmin gün olub:
“Artıq onlar da rejimin sonunun yetişdiyini bilirdilər. Orada olduğumuz gecə sözügedən siyasilər rejimlə danışıqlara girdilər, elə həmin gecə də Əsəd getdi”.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
