Hakan Fidan Suriyada baş verənlərdən danışdı | Türkiyə və İranın səyləri Suriya üçün…
Yeniliklərdən dərhal xəbərdar olun
“İndiki mərhələdə Suriyadakı hadisələri hər hansı xarici müdaxilə ilə izah etməyə çalışmaq yanlış olardı”.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan İran xarici işlər naziri Abbas Arakçı ilə birgə mətbuat konfransında Suriyada son günlərdə baş verən proseslər haqqında danışarkən deyib.
“Rejimin səmimi formada prosesdə iştirak etməməsi səhv idi. Münaqişələrin səbəbi 13 ildir ki, problemin həll olunmamasıdır. Biz hər zaman Suriyanın ərazi bütövlüyünü dəstəkləmişik. Son hadisələr bir daha göstərir ki, rəsmi Dəməşq öz xalqı və qanuni müxalifətlə kompromis əldə etməlidir.
Türkiyə və İranın səyləri Suriya üçün həyati əhəmiyyət kəsb edir. Yeni Astana prosesi həyata keçiriləcək. Astana prosesi ilə vətəndaş müharibəsinin dayandırılması çox mühüm uğur idi, bu prosesdə Türkiyə, Rusiya və İranın böyük payı var”, – H.Fidan bildirib.
Qeyd edək ki, A.Arakçı Bəşər Əsədlə görüşdən sonra Dəməşqdən birbaşa Ankaraya gedib.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
