Hakan Fidandan dünya ölkələrinə çağırış | “Əgər İsrail dayandırılmasa...”
Yeniliklərdən dərhal xəbərdar olun
“Yaxın Şərqdə müharibə genişlənə bilər”.
Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı bildirib.
O deyib ki, İsrail ən qısa müddətdə dayandırılmasa, regionda daha ciddi problem yaşanacaq.
H.Fidan dünya ölkələrinə səslənərək atəşkəsin təmin olunmaması nəticəsində döyüşlərin miqyasının genişlənə biləcəyini vurğulayıb.
“İsrailin təkcə Fələstinlə kifayətlənməyib Suriya, İran və Livana etdiyi hücumlar da narahatlıq yaradır”, – deyə o əlavə edib. Türkiyə rəsmisi Qəzzadakı humanitar vəziyyətə də diqqət çəkib.
“Qəzza xalqı aclıqla mübarizə aparır, yarım milyondan çox insan bu fəlakətlə qarşı-qarşıyadır. BMT Qəzzada aclıq vəziyyəti yarandığını elan edib”, – deyə H.Fidan qeyd edib.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
