Hakan Fidandan Rusiya-Ukrayna savaşı barədə açıqlama | Atəşkəs yaxınlaşır?
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün məkik diplomatiyasını davam etdirəcək”.
Bunu Ukraynaya başlayacaq ikigünlük səfərindən öncə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Məkik diplomatiyasını davam etdirəcəyik. Sülhə nail olmaq üçün səmimi səylər göstəririk. Biz bir həftə ərzində Rusiyaya, oradan da Ukraynaya gedə biləcək bir ölkəyik. Bu, ölkəmizə və Prezidentimizə hörmətin göstəricisidir. Bu fürsətdən istifadə edərək bölgəmizdə sülhün bərqərar olmasına çalışırıq”, ‒ nazir bildirib.
Hakan Fidanın sözlərinə görə, Ukraynada davamlı sülhə nail olmaq üçün hərtərəfli səylər lazımdır:
“Bizim öz düsturlarımız var, onları tərəflərlə bölüşürük. Əlbəttə, tərəflərin addımlarını müəyyən edəcək ən mühüm amillərdən biri onların kompromisə gələ bilmələridir ‒ sosial, iqtisadi, hərbi baxımdan. Ruslar indi növbəti mərhələ kimi atəşkəs şərtlərini hazırlayırlar, bunu bu gün və ya sabah tamamlayıb qarşı tərəfə göndərəcəklər. Ola bilsin, bundan sonra müəyyən irəliləyişlər olacaq”.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
