Pleyeri seçin:

Hakimiyyətin addımları ABŞ-ni buna vadar etdi | Gürcü politoloqlardan Baku TV-yə açıqlama

16 iyul 2024 170 baxış

ABŞ Gürcüstanda baş verən ölkədaxili siyasi proseslərdən narazıdır. Gərginliyin əsas səbəbinin rus qanunu adlandırılan sənədin Gürcüstanda qəbulu göstərilir.

Politoloq Nika Çitadzenin sözlərinə görə, ölkənin hakim partiyasının bu qanunu parlamentdə qəbul etməsi demokratiya baxımından geriyə doğru atılmış addımdır.

“Buna qarşılıq olaraq da ABŞ cavab tədbirləri görür. Gürcüstan müstəqilliyini bərpa etdikdən sonra Amerika tərəfindən Gürcüstana 6 milyard dollar məbləğində yardım ayrılıb. Buna baxmayaraq, hakimiyyət ABŞ Gürcüstanı müharibəyə cəlb etməyə çalışmaqda ittiham edir. Həmçinin ABŞ və Qərbin Gürcüstanda çevriliş etmək üçün qeyri-hökumət təşkilatlarını maliyyələşdirdiyi bildirilir”, – deyə politoloq bildirib.

Bəzi ekspertlər isə ABŞ və Qərbin 30 ildir ki, Gürcüstana verdiyi vədləri yerinə yetirmədiklərini, Gürcüstan hakimiyyətinin apardığı siyasətin isə ölkənin maraqlarına cavab verdiyi qənaətindədir.

“Bu gün ABŞ - Gürcüstan münasibətləri göstərir ki, Gürcüstan hakimiyyəti həqiqətən ölkəni düşünürək hərəkət edir. Çünki 30 il ərzində ABŞ və Qərb Gürcüstana Avropa İttifaqına, NATO-ya üzv olmağı vəd edirdi. Ancaq biz 2008-ci il müharibəsini yaşadıq. Ona görə də bu gün Gürcüstan hakimiyyətinin apardığı siyasət tamamilə ölkəmizin maraqlarına cavab verir. Başqa cür ölkənin maraqlarını qorumaq mümkün deyil”, – deyə politoloq Quram Marxuliya qeyd edib. 

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 170 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 170 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 170 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 170 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 170 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 170 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 170 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 170 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 170 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 170 baxış
Seçilmişlər
icon