Pleyeri seçin:

Hanoyun qəlbində azadlıq uğrunda mübarizənin ağrılı izlərini yaşadan həbsxana - Baku TV

20 noyabr 2026 47 baxış

Hanoyun mərkəzində, müasir şəhər həyatının axarında, divarları bir zamanlar ağır iztirablara şahid olmuş tarixi məkan var. Bura Hoa Lo həbsxanasıdır.

Bu gün muzey kimi fəaliyyət göstərən məkan Vyetnamın müstəmləkəçilik dövrünü, azadlıq və müstəqillik uğrunda mübarizəsinin ağrılı səhifələrini yaşadır.

XIX əsrin sonlarında fransız müstəmləkəçiləri tərəfindən inşa edilən həbsxana əsasən siyasi məhbusların saxlanılması üçün nəzərdə tutulmuşdu. Burada Vyetnamın müstəqilliyi uğrunda mübarizə aparan insanlar həbs edilir, ağır şəraitdə saxlanılırdı. Dar kameralar, qandallar, işgəncə vasitələri və məhbusların həyatını əks etdirən eksponatlar həmin dövrün acı reallığını göz önünə gətirir.

Hoa Lo yalnız Fransa müstəmləkəçiliyi dövrünün deyil, Vyetnam müharibəsinin də yaddaş məkanlarından biridir. 1960-1970-ci illərdə burada Şimali Vyetnamda əsir götürülmüş amerikalı hərbi pilotlar saxlanılıb. ABŞ hərbçilərinin “Hanoy Hiltonu” adlandırdığı bu həbsxanada əsir düşənlər arasında sonradan senator olmuş Con Makkeyn də var idi.

Bu gün muzeyin ekspozisiyaları, fotoşəkillər, sənədlər və qorunub saxlanılan tarixi əşyalar ziyarətçilərə Vyetnamın keçmişini fərqli tərəflərdən tanımağa imkan verir. Həbsxananın böyük hissəsi sonradan sökülsə də, qorunan bölməsi tarixin canlı şahidi kimi fəaliyyətini davam etdirir.

Azərbaycan media nümayəndələrinin bu məkana səfəri də Vyetnamın tarixini, xalqın müstəqillik uğrunda mübarizəsini və milli yaddaşında xüsusi yer tutan hadisələri yaxından tanımaq baxımından əhəmiyyətlidir.

Hoa Lo sadəcə keçmiş həbsxana deyil. Bu, Vyetnamın ağrılarını, mübarizəsini və azadlıq uğrunda iradəsini yaşadan tarixdir.

Kopyalandı
Banner
Şençjen görüşündən sonra ABŞ, Çin və Rusiya arasında münasibətlər necə dəyişəcək? - Baku TV

Şençjen görüşündən sonra ABŞ, Çin və Rusiya arasında münasibətlər necə dəyişəcək? - Baku TV

Dünya
20 noyabr 2026 47 baxış
Polşa sərhədlərində gərginlik | Rusiya-Ukrayna müharibəsi genişlənir? - Baku TV CANLI

Polşa sərhədlərində gərginlik | Rusiya-Ukrayna müharibəsi genişlənir? - Baku TV CANLI

Dünya
20 noyabr 2026 47 baxış
"Hizbullah"ın raket istehsalı bazası vurulub

"Hizbullah"ın raket istehsalı bazası vurulub

Dünya
20 noyabr 2026 47 baxış
Berlin Ukrayna ilə bağlı razılaşmanın şərtlərini açıqladı

Berlin Ukrayna ilə bağlı razılaşmanın şərtlərini açıqladı

Dünya
20 noyabr 2026 47 baxış
Tehran raketlərin uçuş məsafəsini artırmaq imkanını açıqladı

Tehran raketlərin uçuş məsafəsini artırmaq imkanını açıqladı

Dünya
20 noyabr 2026 47 baxış
Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdi

Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdi

Dünya
20 noyabr 2026 47 baxış
Tehran Vaşinqtonun İraq ssenarisini təkrarladığını bildirir

Tehran Vaşinqtonun İraq ssenarisini təkrarladığını bildirir

Dünya
20 noyabr 2026 47 baxış
Tramp, Si və Putin eyni masada: Şençjen görüşü ən çox kimə lazım idi? - Baku TV CANLI

Tramp, Si və Putin eyni masada: Şençjen görüşü ən çox kimə lazım idi? - Baku TV CANLI

Dünya
20 noyabr 2026 47 baxış
Xalq Paşinyanı dəstəkləyəcək, yoxsa...? - Ermənistanda xaotik mənzərə - Baku TV CANLI

Xalq Paşinyanı dəstəkləyəcək, yoxsa...? - Ermənistanda xaotik mənzərə - Baku TV CANLI

Dünya
20 noyabr 2026 47 baxış
Qədim qəbiristanlıqda yüzlərlə tabut aşkar edilib

Qədim qəbiristanlıqda yüzlərlə tabut aşkar edilib

Dünya
20 noyabr 2026 47 baxış
Seçilmişlər
icon