Hansı ölkə Qətərə dəstək verəcək? | Tramp Böyük Britaniyanı niyə tənqid edib? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
London Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Böyük Britaniya qırıcılarını Qətərə göndərəcək.
Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer mətbuat konfransında bildirib.
"Biz bu ölkədə və bütün regionda müdafiə əməliyyatlarımızı gücləndirmək məqsədilə Qətərdəki eskadilyamıza qoşulmaq üçün dörd əlavə qırıcı göndəririk", – deyə o bildirib.
Starmerin sözlərinə görə, Britaniya Hərbi Dəniz Qüvvələrinin "HMS Dragon" esminesi Limasol şəhəri yaxınlığındakı Britaniya Hərbi Hava Qüvvələrinin Akrotiri bazasını qorumaq üçün Kiprə yola düşəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da Starmeri İrana qarşı mümkün zərbələrə kifayət qədər dəstək vermədiyinə görə tənqid edib. Starmer isə cavabında bildirib ki, Böyük Britaniya müharibə başlamazdan əvvəl regionda hərbi texnika və qüvvələri əvvəlcədən yerləşdirib və vəziyyəti yaxından izləyir.
#ABŞ-İsrail-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI
- İsrail qırıcıları işə salındı | Dünyaya səs salacaq hücumlar başlayır? - Baku TV
- Trampın hücum qərarı İranın nüvə obyektlərinin taleyini dəyişə bilər - Baku TV
- Pezeşkian İranla bağlı iddialı açıqlamalar verdi, Qəribabadi isə... - Baku TV
- "İran cavab verməyə hazırdır" | Tehran Vaşinqtona hansı mesajı verdi? - Baku TV
