Hansı şirkətlər ləğv olunur? | Fransa hökumətinin qərarı sakinləri işsiz qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada həmkarlar ittifaqları dekabrın 11-dən yeni tətilə başlamaq planlarını açıqlayıblar.
Həmkarlar ittifaqları 2025-ci il yanvarın 1-də Brüsselin tələbi ilə “Fret SNCF”nin iki quruma – “Hexafret”ə və “Technis”ə bölünməsinə etiraz edəcəklər.
Bu plan Fransa hökuməti və Avropa Komissiyası tərəfindən 5000 nəfərin işlədiyi şirkətin ləğvinə gətirib çıxaracaq. Buna görə də həmkarlar ittifaqları rəhbərliklərə hökumətlə görüşdən əvvəl təzyiq göstərmək istəyirlər. İşçilər sosial şərtləri müzakirə etməyə çalışırlar.
Həmkarlar ittifaqları moratorium əldə edə bilməsə, tətil qaçılmaz olacaq. Moratoriumun əldə edilməsinə şans azdır. Çünki Brüssel və Fransa “Fret SNCF”ni ləğv etmək qərarı ilə razılaşıb. Fransa razılaşmaya yox desə, hökuməti 5 milyard avro cərimə gözləyir.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
