Pleyeri seçin:
Hava zərbələri nəticəsində Livanda müxbir və operator həlak oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin hava zərbələri nəticəsində Livanda iki jurnalist həlak olub.
Bu barədə Livan mediası məlumat yayıb. Bildirilib ki, Tair Harfa bölgəsinin bombalanması nəticəsində ikisi jurnalist, biri mülki vətəndaş olmaqla ümumilikdə üç nəfər həlak olub.
Livanın "Al-Mayadeen" telekanalının məlumatına görə, aviazərbələr nəticəsində həyatını itirənlərdən biri telekanalın müxbiri Farah Omar, digəri isə operator Rabih Maamaridir.
İsrail tərəfi hadisənin təfərrüatlarının araşdırılacağını bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl İsrailin hava zərbələri nəticəsində Livanda “Reuters” Xəbər Agentliyinin də bir jurnalisti həlak olub.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
