Haylar İrəvana görə qəzəbləndi | Erməni nazirin istefası tələb edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda 7-ci sinif tarix dərsliyində qədim Azərbaycan şəhəri olan İrəvanın həqiqi tarixinin yazılması ekstremist qüvvələrin qəzəbinə səbəb olub.
Ölkənin Təhsil Nazirliyinin qarşısında toplaşan Erməni Demokratik Hərəkatının üzvləri nazir Janna Andreasyanın 24 saat ərzində istefa verməsini tələb ediblər.
Erməni mediasının məlumatına görə, nazirlik nümayişçilərin iddialarını əsassız hesab edib və onların tələbinin yerinə yetirilməyəcəyini bildirib. Aksiyaya rəhbərlik edən Vazqen Petrosyan isə deyib ki, təhsil naziri istefa verməyənə qədər tələblərindən əl çəkməyəcəklər.
Etiraz edən ermənilər qeyd ediblər ki, İrəvanın tarixi Erebunidən başlayır və kitabda bu fakt qeyd olunmayıb. Bundan başqa, dərslikdə haylarla heç bir əlaqəsi olmayan Urartu dövləti ilə bağlı da tarixçiləri qane etməyən məlumatlar var.
Yeri gəlmişkən, Ermənistanın təhsil fondunun rəhbəri Vaqram Soqomonyan açıqlama verərək bəyan edib ki, tarix dərsliyinə 46 düzəliş ediləcək. Digər erməni tarixçiləri isə vəsaitin tədrisinin qadağan edilməsi təklifini irəli sürüblər.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
