Həbslərdən sonra CHP bunu etməlidir | İmamoğlunun saxlanılması barədə vacib açıqlama
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) mərhum sədri Dəniz Baykalın qızı Aslı Baykal İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı açıqlama verib.
Baykal İmamoğlu və komandasının həbsləri qabaqcadan gördüyünü və tələsik CHP-də prezidentliyə namizədlik üçün ilkin seçki ilə vətəndaşları üz-üzə gətirməyi hədəflədiyini bildirib.
“İmamoğlunun CHP üzərindəki təsirini düşündükdə bunların haradan qaynaqlandığını və nədən qidalandığını düşünməmək mümkün deyil. Çox gərəksiz, bir nəfər üçün tələsik ilkin seçkinin keçirilməsinin səbəbi bu həbslərin olacağını əvvəldən bilmək və vətəndaşları ədalətlə üz-üzə qoymaq idi. Bu araşdırmalar ölkənin ziyanına deyil, xeyrinədir və təmiz siyasətə doğru böyük addımlardır.
Bizim vəzifəmiz türk məhkəməsinə inanmaq və araşdırmaların nəticəsini gözləməkdir. CHP-nin üzərinə düşən də yaxşı bir təqvim qurmaq, təmiz qurultay keçirmək və Atatürkə həqiqətən bağlı bir heyətlə yoluna davam etməkdir”, − o bildirib.
#Türkiyə teqi istifadə olunub
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib
