Həkimlərdən xəbərdarlıq | Körpələri bu halda nəzarətsiz qoymayın!
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də göyöskürək hallarında narahatedici artım qeydə alınıb.
2025-ci ilin ilk dörd ayında 8485 yoluxma aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünya üzrə 5 yaşdan kiçik uşaqlarda təxminən 24 milyon göyöskürək halı və 160 mindən çox ölüm baş verir.
Qeyd edək ki, göyöskürək kəskin və yoluxucu bir infeksion xəstəlikdir. Yenidoğulmuşlar və 1 aylığına qədər olan körpələr üçün göy öskürək daha təhlükəlidir.
Həkimlərin sözlərinə görə, südəmər uşaqlarda göyöskürək zamanı baş verən öskürək tutmaları tənəffüsün dayanmasına gətirib çıxara bilər. Göyöskürəyə tutulmuş hətta böyük uşaqları belə nəzarətsiz qoymaq olmaz.
Təkcə uşaqların yox, böyüklərin, xüsusən də hamilə qadınların göyöskürəyə qarşı peyvəndlənməsi olduqca vacibdir.
#ABŞ teqi istifadə olunub
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
