Hər şey hiylə idi | Paşinyan hansı şəhərlə bağlı qalmaqallı paylaşım etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyanın Səlcuq İmperiyasının Anadoluya yürüşü ilə bağlı paylaşımı diqqət çəkib.
N.Paşinyan hazırda Türkiyənin Ermənistanla sərhədində yerləşən Ani şəhərinin Bizans İmperiyasından alınmasına bir erməninin səbəb olduğunu bildirib.
O, XI əsrdə Bizans İmperiyasında yaşamış yunan tarixçi Attaliatesin Ani ilə bağlı qeydlərini paylaşıb:
“Attaliates yazır ki, Aninin imperiyadan qoparılması hiylə idi. O zamanlar bölgə qubernatoru idarəçilik üçün imperiyadan ödəniş alırdı. Sonra Baqarat adlı bir erməni Bizans imperatoru Konstantin Monomaxla görüşüb dedi ki, ödəniş almadan ərazini idarə edə bilər. İmperator bu təklifi xoş qarşıladı, ona idarəçi statusu verdi və qubernator təyin etdi. Lakin Baqaratın idarəçiliyi çox uğursuz idi. Bölgə əhalisini ərzaqla təmin edə bilmədi, siyasi və hərbi işlərdə yarıtmaz addımlar atdı. Hətta imperiyaya xeyir vermək adı ilə bütün hərbi qarnizonu dağıtdı, bölgəni müdafiə edəcək heç kim yox idi. Nəticədə Səlcuqlar 1064-cü ildəki hücumla Aniyə nəzarəti ələ keçirdilər”.
Qeyd edək ki, böyük Səlcuq imperatoru Alp Arslan 1064-cü ildə Anadoluda yerləşən Ani quberniyasını 25 günlük mühasirədən sonra ələ keçirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
